“Formula 1” Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırıldı


Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb.
Yeniavaz.com
xəbər verir ki, əsas yarışdan sonra ilk üç pillədə qərarlaşan sürücülərə mükafatlar təqdim edilib.
Fəxri kürsünün ilk pilləsində “Mercedes”in britaniyalı pilotu Corc Rassell yer alıb.
“Red Bull”dan niderlandlı Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar üçüncü olub.
Onlara mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem təqdim ediblər.

DİGƏR XƏBƏRLƏR

Top