Tramp Hörmüz boğazının xəritəsini öz adı ilə dərc etdi


ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə səhifəsində Hörmüz boğazını onun adı ilə adlandıran xəritə dərc edib.
Yeniavaz.com
xəbər verir ki, xəritədə boğaz dairəyə alınıb və “Tramp boğazı” adlandırılıb.
Tramp xəritə ilə bağlı heç bir şərh verməyib.
Qeyd edək ki, sentyabrın 9-da Amerika lideri bir daha ABŞ-nin Hörmüz boğazına nəzarət etdiyini bildirmiş və onun adının “Tramp boğazı” adlandırılmasını təklif etmişdi.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzalayıblar. Lakin 8 iyul gecəsi ABŞ Hörmüz boğazı ilə bağlı müqavilənin şərtlərini pozmaqda ittiham edərək, İrana qarşı genişmiqyaslı hücumları bərpa edib.
Münaqişədən əvvəl qlobal neft ticarətinin təxminən 25%-i və mayeləşdirilmiş təbii qazın təxminən 20%-i boğazdan nəql olunurdu. 

DİGƏR XƏBƏRLƏR

Top