
Türkiyədə hazırlanan yeni qanun layihəsinə əsasən, 1 yanvar 2015-ci ildən sonra doğulanlara siqaret çəkməyin ömürlük qadağan edilməsi nəzərdə tutulub.
Yeniavaz.com “A Haber”ə istinadla xəbər verir ki, 2040-cı ildən etibarən isə istehsalın və satışın tamamilə dayandırılması planlaşdırılır.
Professor, “Yaşıl Aypara” Elmi Şurasının üzvü Toker Ərgüdər qanun layihəsini şərh edərkən bildirib ki, dünyada 1,2 milyard insan siqaret çəkir və hər il onların 7 milyonu tütünün qurbanına çevrilir.
T.Ərgüdar tütünə qarşı mübarizədə ötən illər ərzində bir sıra addımların atıldığını vurğulayıb.
Belə ki, 2003-cü ildə Tütün Nəzarəti üzrə Çərçivə Konvensiyası imzalanıb, 2008-ci ildə isə qapalı məkanlarda siqaret çəkilməsinə dair qadağa qüvvəyə minib.
O bildirib ki, bu addımlar tütünə qarşı mübarizədə mühüm tədbirlər hesab olunur.
Qeyd edək ki, Türkiyədə “slim”, yəni nazik siqaretlərin də istehsalının və satışının tamamilə dayandırılmasını nəzərdə tutan qanun layihəsinin oktyabr ayında qəbul ediləcəyi gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz