Ermənistanda hərbçi partlayışda öldü


Ermənistanda müqaviləli hərbi qulluqçu vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə sentyabrın 24-də baş verib:
“Hələlik müəyyən edilməmiş şəraitdə baş verən partlayış nəticəsində müqaviləli hərbi qulluqçu D. K. vəfat edib. hərbi qulluqçunun ailəsinə müəyyən edilmiş qaydada məlumat verilib”.
Qeyd olunub ki, hadisənin bütün hallarının müəyyənləşdirilməsi məqsədilə araşdırma başladılıb.
Müdafiə Nazirliyi hərbi qulluqçunun ailəsinə, yaxınlarına və xidmət yoldaşlarına başsağlığı verib və dəstəyini ifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top