
Türkiyənin Şanlıurfa şəhərində 5,4 maqnitudalı zəlzələ baş verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələnin təsiri ətraf bölgələrdə də hiss olunub. Adıyaman, Gaziantep, Malatya və Diyarbakırda yeraltı təkanlar qeydə alınıb.
Hazırda zəlzələ ilə əlaqədar dağıntı və insan tələfatı barədə hər hansı məlumat yoxdur.
Qeyd edək ki, bu gün Xəzər dənizində də zəlzələ qeydə alınıb.
Bildirilib ki, dərinliyi 15 km, maqnitudası 3,1 olan yeraltı təkan hiss olunmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz