
“Shiny Hunters” haker qrupu ABŞ Federal Təhqiqat Bürosu (FTB) ilə əlaqəli bir neçə xidmətin məlumatlarının oğurlandığını elan edib.
Yeniavaz.com “404 Media”ya istinadla xəbər verir ki, hücum edənlər agentlik əməkdaşlarının, həmçnin, işə müraciət edən şəxslərin məlumatlarına çıxış əldə ediblər.
“404 Media” jurnalistləri FTB əməkdaşlarına aid olduğu iddia edilən təxminən 5000 qeyddən ibarət nümunə məlumat bazası əldə ediblər.
Məlumatlara adlar, ünvanlar və telefon nömrələri, eləcə də bəzi əməkdaşların ailə üzvləri haqqında məlumatlar daxildir.
Qrupun əldə edilən məlumatların tam həcmi ilə bağlı iddiaları hələlik rəsmi şəkildə təsdiqlənməyib.
“404 Media” məlumatların nümunəsinin mövcudluğunu bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz