Son yüz ildə ilk dəfə yeni pinqvin növü kəşf edildi


Bir əsrdən çox müddət ərzində ilk dəfə olaraq alimlər yeni bir pinqvin növünü kəşf ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə tədqiqat “Communications Biology” (“ComBiology”) jurnalında dərc olunub.
Tədqiqatın nəticələrinə görə, məlum papua pinqvini əslində dörd fərqli növə malik olub və onlardan biri əvvəllər elmə məlum olmayıb.
Tədqiqat Berklidəki Kaliforniya Universitetinin alimləri və onların Çilidən olan həmkarları tərəfindən aparılıb.
Onlar on çoxalma koloniyasından 64 quşun bütün genomlarını ardıcıllıqla araşdırıb və minlərlə genetik fərqi, eləcə də quşların rənglərini, səslərini, çoxalma mövsümlərini, qidalarını və davranışlarını müqayisə ediblər.
“Pygoscelis kerguelensis” adlı yeni növ ən yaxın yaşayış ərazisindən təxminən 3000 kilometr məsafədə, ucqar Kerqelen adalarında tapılan papua pinqvinidir.
Bu, zahirən qohumlarından demək olar ki, fərqlənməyən, lakin genetik cəhətdən fərqli olan “sirli” bir növdür.
Ancaq bir məsələ də var ki, dörd növdən üçü artıq iqlim dəyişikliyi ilə əlaqədar təhlükə altındadır. Belə ki, papua pinqvinləri əsrin ortalarına qədər mövcud olan yaşayış yerlərinin itirilməsi ilə qarşı-qarşıyadırlar. Antarktidaya daha yaxın yaşayan yalnız bir növ, iqlim istiləşdikcə arealını genişləndirə bilər.

DİGƏR XƏBƏRLƏR

Top