İran münaqişəsində ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı


İranla münaqişədə həlak olan amerikalı hərbçilərin ümumi sayı 19-a çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Məlumata görə, ABŞ ordusunun son statistika yeniləməsindən sonra İrana qarşı əməliyyatda ölənlərin sayı bir nəfər artıb.
Ancaq hərbçinin şəxsiyyəti barədə rəsmi olaraq məlumat verilməyib.
Adının çəkilməsini istəməyən Pentaqon rəsmisi “The Washington Post” qəzetinə verdiyi müsahibədə ölən şəxsin qadın zabit olduğunu bildirib.
O, Yaxın Şərqə uçuş zamanı qadın zabitin təcili tibbi yardıma ehtiyacı olduğunu, lakin onun həyatını xilas etmək mümkün olmadığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top