
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa xarici işlər naziri Jan-Noel Barro ilə görüşüb
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə səhifəsində məlumat verilib.
Məlumata görə, nazirlər ikitərəfli gündəliyi nəzərdən keçirib.
Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələri, əsas regional və beynəlxalq məsələlər, o cümlədən, regional təhlükəsizlik vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Tətbiqimizi yükləyə bilərsiniz