“Putin Trampla yeni görüşə hazırdır” – Peskov


Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla növbəti görüşə hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Rusiya-Amerika görüşündən danışmışkən, Rusiya Prezidenti hazırdır. Prezidentlər Putin və Tramp telefon danışıqlarında lazım gələrsə, başqa bir görüş keçirməyə hazır olduqlarını həmişə ifadə edirlər”, - o, qeyd edib.
Lakin Peskov yeni danışıqlarla bağlı hələlik heç bir konkret məlumat olmadığını əlavə edib.
Qeyd edək ki, 2025-ci ilin yayında Putin və Tramp Ankoricdə Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etmişdilər.
Xatırladaq ki, Tramp daha əvvəl Putinlə daha bir görüş keçirə biləcəyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top