
Ayılar Rusiyanın Xakasiya Respublikasının cənubundakı Abaza şəhərini mühasirəyə alıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik “Max” kanalında bildirib.
Onun sözlərinə görə, çərşənbə axşamı şəhərə çoxsaylı yırtıcıların daxil olduğu qeydə alınıb.
“Tayqa şəhəri praktik olaraq ayılar tərəfindən mühasirəyə alınıb”, - Buçenik bildirib.
O, ayılarn bir neçəsinin isə ovçular tərəfindən öldürüldüyünü və bir neçəsinin ərazidən uzaqlaşdırıldığını qeyd edib.
Hətta ayılardan biri qaçarkən bağçanın hasarını uçurub.
Hakimiyyət orqanları ayıların əhalinin sıx yaşadığı ərazilərdə tez-tez peyda olmasnıı qida çatışmazlığı və meşə yanğınları ilə əlaqələndirirlər.
Tətbiqimizi yükləyə bilərsiniz