
Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətinin Kohat şəhərində məsciddə partlayış baş verib.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, hadisə cümə namazı zamanı qeydə alınıb.
İlkin məlumatlara görə, partlayıcılarla yüklənmiş nəqliyyat vasitəsi məscidə çırpılıb.
Hadisə nəticəsində 5-i polis əməkdaşı olmaqla, azı 16 nəfər həlak olub. 50 nəfərin isə yaralandığı bildirilir.
Partlayış məscidin divarına ciddi ziyan vurub. Aralarında polis əməkdaşlarının da olduğu yaralılar xəstəxanaya yerləşdirilib.
Polisin məlumatına görə, hücumçulardan biri öldürülüb.
Faktla bağlı araşdırma davam etdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz