İstehsal olunan elektrik enerjisinin 22%-i alternativ enerji mənbələrinin payına düşüb


Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əmtəəlik elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% azalaraq 17 milyard 376,5 milyon kVt/saat olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ümumilikdə elektrik enerjisi istehsalı 2,4% azalaraq 17 milyard 887,5 milyon kVt/saat təşkil edib.
İstehsal olunan əmtəəlik elektrik enerjisinin 78%-i və ya 13 milyard 549,8 milyon kVt/saatı istilik elektrik stansiyalarının (İES), 14,4%-i və ya 2 milyard 498,9 milyon kVt/saatı su elektrik stansiyalarının (SES), 4,2%-i və ya 726,7 milyon kVt/saatı külək elektrik stansiyalarının (KES), 2,6%-i və ya 446,2 milyon kVt/saatı günəş elektrik stansiyalarının (GES), 0,9%-i və ya 154,9 milyon kVt/saatı isə biokütlə və tullantıların yandırılması ilə işləyən stansiyaların payına düşüb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə İES-lərdə elektrik enerjisi istehsalı 8,8% azalıb, KES-lərdə 21,8 dəfə, biokütlə və tullantıların yandırılması ilə işləyən stansiyalarda 5,6%, SES-lərdə 10,7%, GES-lərdə isə 9,4% artıb.
Açıqlanan məlumatlardan da göründyü kimi, bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehsal olunan əmtəəlik elektrik enerjisinin 22,1% alternativ (bərpa olunan) enerji mənbələrinin payına düşüb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top