Gürcüstanda keçmiş DTX rəhbəri 13 il azadlıqdan məhrum edildi


Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəisi Qriqol Liluaşvilini külli miqdarda rüşvət aldığına görə 13 il müddətinə azadlıqdan məhrum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstanın “TV Pirveli” telekanalı məlumat yayıb.
Məlumata görə, hakim Nino Taraşvili məhkəmənin qərarını elan edib.
İstintaqa görə, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri iş adamlarından layihələrini lobbiləşdirmək üçün rüşvət alıb, saxta çağrı mərkəzlərinə himayədarlıq edib.
O, həmçinin Tbilisi meriyasında müqavilələri təmin etmək üçün rüşvət alan yüksək vəzifəli məmura himayədarlıq edib. Beləliklə, prokurorluğun məlumatına görə, son bir neçə ildə Liluaşvili təxminən 3 milyon dollar rüşvət alıb.
Qeyd edək ki, Liluaşviliyə qarşı irəli sürülən ittiham 11 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tuturdu.
Xatırladaq ki, Liluaşvili 2019-cu ilin oktyabrından 2025-ci ilin aprelinə qədər Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinə rəhbərlik edib. 2025-ci ilin oktyabr ayında Baş Prokurorluq onun evində axtarışlar aparıldığını və axtarışlar nəticəsində külli miqdarda pulun müsadirə olunduğunu bildirib. Liluaşvilinin yaxın ətrafının bir neçə üzvü də saxlanılıb. Liluaşvilinin özü 2025-ci ilin dekabrında həbs edilib.
Qriqol Liluaşvili məhkəmə iclasında son sözlə çıxışında ona qarşı irəli sürülən ittihamları rədd edib.

DİGƏR XƏBƏRLƏR

Top