
İranın Stokholmdakı səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsveç hökumətinin dəftərxanası məlumat yayıb.
Məlumata görə, ondan İran səfirliyinin əməkdaşının ölkəni tərk etməsi tələb edilib.
“İranın İsveçdəki səfirliyinin əməkdaşından Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası ilə uyğun olmayan fəaliyyətlərə görə ölkəni tərk etməsi tələb edilib”, - məlumatda qeyd edilib.
Tətbiqimizi yükləyə bilərsiniz