
Kosovanın keçmiş prezidenti Haşim Taçi, 1998–1999-cu illərdə Kosovada Serbiya qüvvələrinə qarşı aparılan müharibə zamanı törətdiyi dörd müharibə cinayətində təqsirli bilinib.
Yeniavaz.com “CNN”ə istinadla xəbər verir ki, Haaqada Kosova üzrə ixtisaslaşan Xüsusi Palataların hakimləri Taçini 25 il müddətinə azadlıqdan məhrum ediblər.
Sözügedən cinayətlər qanunsuz və ya özbaşına həbs və saxlanma, qəddar rəftar, işgəncə və qətl olub.
Qeyd edək ki, H.Taçi 2020-ci ildə üzləşdiyi müharibə cinayətləri ilə bağlı ittihamların ölkəsinə zərər verməməsi üçün prezident vəzifəsindən istefa verib.
İş üzrə digər üç keçmiş Kosova Azadlıq Ordusu (KLA) rəhbərləri – Kadri Veseli, Rexhep Selimi və Jakup Krasniqi də təqsirli bilinib və müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
Lakin həmin şəxslər onlara qarşı qaldırılan ittihamları rədd ediblər.
Məlumat üçün bildirək ki, 1998–1999-cu illərdəki Kosovo müharibəsi zamanı təxminən 13 min nəfər həlak olub.
Tətbiqimizi yükləyə bilərsiniz