
Türkiyənin ən zəngin iş adamlarından biri Feridun Geçgelin sərvəti son üç ayda 2,1 milyard dollardan çox azalıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Astor Enerji”nin sahibi Feridun Geçgel iyun ayında 5,3 milyard dollarlıq sərvətlə Türkiyənin ən zəngin iş adamı olmuşdu.
Lakin “Astor Enerji”nin səhmlərinin ucuzlaşması nəticəsində onun sərvəti də əhəmiyyətli dərəcədə azalıb.
“Forbes”in real vaxt məlumatlarına görə, sentyabrın 16-da Geçgelin sərvəti 3,2 milyard dollara qədər geriləyib.
Beləliklə, iş adamının sərvəti cəmi üç ay ərzində 2,1 milyard dollardan çox azalıb.
Məlumata görə, “Astor Enerji”nin səhmləri sentyabrın 16-da günün əvvəlində təxminən 8 faiz ucuzlaşıb və ticarət müvəqqəti dayandırılıb.
Qeyd edək ki, Feridun Geçgel 56 yaşındadır və Şanlıurfa əsillidir. O, “Astor Enerji” ilə yanaşı, bir sıra digər şirkətlərdə də investisiyalara sahibdir.
Tətbiqimizi yükləyə bilərsiniz