Bakının əsas prospektlərindən biri bağlı olacaq – Sürücülərin nəzərinə!


Xətai rayonu, 8 Noyabr prospektinin müəyyən hissələrində 14 sentyabr saat 09:00-dan etibarən təmir işləri həyata keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumata görə, işlərin aparıldığı müddətdə nəqliyyat vasitələrinin hərəkətinə hər hansı məhdudiyyətin tətbiq edilməsi nəzərdə tutulmur.
Sürücülərdən təmir işləri aparılan hissələrdə hərəkət zamanı diqqətli olmaları, yol hərəkəti qaydalarına, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top