
İran son etiraz aksiyaları zamanı terror aktı törətməkdə ittiham olunan iki nəfəri edam edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın məhkəmə sisteminə istinadla “Mizan” xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Mehrdad Məhəmmədniya və Eşkan Malikiyə qarşı edam hökmləri iyunun 1-i səhər tezdən icra edilib.
Agentliyin yazdığına görə, Məhəmmədniya və Maliki Tehranda baş verən son etiraz aksiyaları zamanı etirazlara rəhbərlik etməkdə, dövlət əmlakına ziyan vurmaqda və məscidi yandırmaqda ittiham olunublar.
İran hakimiyyəti sözügedən əməlləri terror aktları kimi qiymətləndirib və məhkəmə prosesinin yekununda təqsirləndirilən şəxslər barəsində ölüm hökmü çıxarılıb.
Tətbiqimizi yükləyə bilərsiniz