
Zara İbrahimzadə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Manşet” məlumat yayıb.
Bildirilir ki, o, bu təyinata qədər ABB-də Marketinq departamentinin direktoru, “PAŞA Bank” ASC-də Baş İcraçı Direktorun müşaviri vəzifələrində çalışıb.
O bu barədə öz sosial media hesabında da qeyd edib.
Xatırladaq ki, bu vaxta qədər TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi müvəqqəti olaraq Elnur Hidayətoğluna həvalə edilmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz