PSJ ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi oldu


UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçirilən həlledici görüşdə “Arsenal” PSJ ilə üz-üzə gəlib.
Oyunun əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. 6-cı dəqiqədə Kay Haverst, 65-ci dəqiqədə isə Usman Dembele fərqlənib.
Penaltilər seriyasında PSJ beş qoldan dördünü, “Arsenal” isə üçünü vurub. Bununla da parislilər ardıcıl ikinci dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olublar.
Xatırladaq ki, PSJ ötən il finalda “İnter”i məğlub edərək (5:0) ÇL qalibi olub.

DİGƏR XƏBƏRLƏR

Top