
ABŞ qüvvələri İrandakı hərbi obyektə zərbə endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmisinə istinadla məlumat verib.
Onun sözlərinə görə, zərbələr Hörmüz boğazında ABŞ qüvvələri və kommersiya gəmiçiliyi üçün təhlükə yaradan İran hərbi obyektini hədəf alıb.
“Reuters” agentliyinin mənbəyi həmçinin əlavə edib ki, ABŞ qüvvələri bir neçə İran dronunu ələ keçirib və məhv edib.
ABŞ Mərkəzi Komandanlığı hələlik məsələ ilə bağlı şərh verməyib.
Tətbiqimizi yükləyə bilərsiniz