“ABŞ və Azərbaycan arasındakı güclü tərəfdaşlığı yüksək qiymətləndiririk”


ABŞ-nin Azərbaycandakı səfirliyi Qurban Bayramı ilə bağlı paylaşım edib.
Yeniavaz.com
xəbər verir ki, səfirliyin sosial şəbəkə hesablarında edilən paylaşımda deyilir:
“ABŞ-nin Bakıdakı səfirliyi adından Azərbaycanda və dünyanın müxtəlif yerlərində Qurban Bayramını qeyd edən hər kəsi səmimi qəlbdən təbrik edirik.
Bu müqəddəs bayram mərhəmət, səxavət və birlik kimi dəyərləri təcəssüm etdirməklə yanaşı, Azərbaycanın dini tolerantlıq və multikulturalizm sahəsində zəngin ənənələrini də nümayiş etdirir. ABŞ və Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığı və xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndiririk. Qurban Bayramınız mübarək!”

DİGƏR XƏBƏRLƏR

Top