Rusiya vətəndaşlığı almaq üçün rüsum 12 dəfə artırılacaq


Rusiyanın Dövlət Duması miqrantlar üçün rüsumları bir neçə dəfə artıran iki hökumət qanun layihəsini birinci oxunuşda qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, məsələn, Rusiya vətəndaşlığına müraciət üçün rüsum 12 dəfə, 4200-dən 50000 rubla qədər artacaq.
Bundan əlavə:
- müvəqqəti yaşayış icazəsi üçün rüsum səkkiz dəfə, 1920-dən 15000 rubla qədər artacaq;
- yaşayış icazəsi üçün rüsum beş dəfə, 6000-dən 30000 rubla qədər artacaq;
- giriş dəvəti üçün rüsum səkkiz dəfə, hər dəvət olunan şəxs üçün 960-dan 8000 rubla qədər artacaq;
- tək girişli vizalar üçün rüsum ikiqat, 1200-dən 2000 rubla qədər, çoxgirişli vizalar üçün rüsum isə üçqat, 1920-dən 6000 rubla qədər artacaq.
Bu tədbirlərin büdcəyə hər il 15 milyard rubldan çox gəlir gətirəcəyi gözlənilir.
Hökumət düzəlişlərin 1 iyuldan etibarən qüvvəyə minməsini təklif edib.
Qeyd edək ki, Rusiya hakimiyyəti 2024-cü ilin mart ayında Moskva yaxınlığındakı “Crocus City Hall”da baş verən terror aktından sonra miqrasiya siyasətini sərtləşdirməyə başladı. Bu fonda, 2026-cı ilin əvvəlinə qədər Rusiyada yaşayan xarici vətəndaşların sayı əvvəlki ilə nisbətən 10% azalaraq 5,7 milyona düşüb.

DİGƏR XƏBƏRLƏR

Top