
Böyük Britaniya şirkətlərinin əksəriyyəti İrandakı münaqişənin mənfi nəticələrini yaşayır və ya qısa müddətdə belə olacağını gözləyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times” qəzeti Britaniya Ticarət Palataları Assosiasiyasının hesabatına istinadən məlumat yayıb.
Hesabata görə, sorğuda iştirak edən 800 şirkətin 80%-nin rəhbərliyi arasında da oxşar fikirlər müşahidə olunur. Firmaların 55%-dən çoxu ABŞ və İsrailin İrana hücumlarından artıq təsirləndiklərini bildirib, digər 25%-i isə gələcəkdə oxşar mənfi təsirlərin olacağını gözləyir. Məqalədə qeyd olunur ki, ən pessimist fikir istehsal sektorundadır. Oradakı şirkətlərin 68%-i artıq Yaxın Şərqdəki hadisələrin təsirini yaşayıb, digər 23%-i isə tezliklə bunu gözləyir. Şirkətlər enerji qiymətlərinin artması, təchizat zəncirindəki fasilələr və artan material xərcləri də daxil olmaqla mümkün şoklara hazırlaşdıqlarını bildiriblər.
Tətbiqimizi yükləyə bilərsiniz