
Ermənistan və ABŞ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio imzalayıblar.
Tərəflər həmçinin TRIP layihəsi çərçivəsində əməkdaşlıq haqqında çərçivə sazişi və mineralların hasilatı və emalı sahəsində çərçivə memorandumu imzalayıblar.
İmzalanma mərasimi Yerevanın “Zvartnots” hava limanında baş tutub. Dövlət katibi Rubio bir neçə saatlıq həyat yoldaşı Canetlə birlikdə Ermənistan paytaxtına gəlib. Rubio Hindistandan Vaşinqtona gedərkən Yerevana işgüzar səfər edib.
Tətbiqimizi yükləyə bilərsiniz