
Tehran və Vaşinqton arasındakı anlaşma memorandumuna əsasən, İran dondurulmuş aktivlərindən 24 milyard dollar ala bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, İran memorandum imzalandıqdan dərhal sonra bu məbləğin yarısını almaq istəyir.
Məbləğin qalan hissəsi isə növbəti 60 gün ərzində təmin olunmalıdır.
Tətbiqimizi yükləyə bilərsiniz