Netanyahu xəstəxanaya yerləşdirildi


İsrailin Baş naziri Benyamin Netanyahu diş problemləri ilə əlaqədar xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti Baş nazirin ofisinə istinadla məlumat yayıb.
Məlumata görə, Netanyahu bazar ertəsi axşamı “Hadassah Ein Kerem” Tibb Mərkəzinə aparılıb.
Onun ofisi qeyd edib ki, Baş nazir diş müalicəsi aldıqdan sonra dünən gecə xəstəxananı tərk edib.
Nəşr əlavə edib ki, son vaxtlar Netanyahunun səhhəti ilə bağlı tibbi məlumatların gizlədilməsi ictimaiyyət tərəfindən tənqidlə qarşılanıb. Bu isə İsrail Baş nazirinin ümumi sağlamlığı ilə bağlı müxtəlif şayiələrin yayılmasına səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top