İranda daha bir nəfər İsrailə casusluq etdiyi üçün edam edildi


İran İsraillə casusluq və kəşfiyyat əməkdaşlığı iddiası ilə daha bir nəfəri edam edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yarı-rəsmi “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Qulamrza Xani Şəkərab İsraillə əməkdaşlıq etməkdə, həmçinin, təxribat şəbəkəsinə rəhbərlik etməkdə ittiham olunub.
1992-ci il təvəllüdlü Şəkərab ölüm hökmünə məhkum edilsə də, bu günə qədər onun məhkəmə prosesi, məhkəmə vaxtı və yeri, seçdiyi vəkil və iş sənədləri ilə bağlı heç bir müstəqil məlumat dərc olunmayıb.
Məlumata görə, ona ölüm hökmü Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən verilib və İran Ali Məhkəmə tərəfindən təsdiq olunub.
Şəkərabın keçmiş MMA idmançısı, məşqçisi və beynəlxalq hakimi olduğu bildirilir. O, həbsindən əvvəl Türkiyədə yaşayıb və təxminən bir il əvvəl İraqa səfəri zamanı saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top