Rubio Ermənistanda hansı sənədi imzalayacaq?


İrəvana səfəri zamanı ABŞ dövlət katibi Marko Rubio erməni həmkarı Ararat Mirzoyanla anlaşma memorandumu imzalayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat ABŞ dövlət katibinin bazar ertəsi dərc olunmuş cədvəlində öz əksini tapıb.
Sənədə əsasən, Rubio Mirzoyanla Bakı vaxtı ilə saat 15:30-da görüşəcək. Bakı vaxtı ilə saat 16:00-da onlar anlaşma memorandum imzalayacaqlar.
Sənədin məzmunu açıqlanmır.
Qeyd edək ki, mayın 25-də Ermənistan Xarici İşlər Nazirliyi Rubionun İrəvana səfərini elan edib. Nazirliyin məlumatına görə, görüşdən sonra Rubio və Mirzoyanın ikitərəfli sənədlər imzalaması və mətbuat üçün bəyanatlar verməsi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top