İran internetə çıxışı bərpa edir


İran Prezidenti Məsud Pezeşkian ölkədə internet məhdudiyyətlərinin aradan qaldırılmasını əmr edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İran Rabitə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, bir müddət əvvəl İran Prezidentinin dövlətə internet çıxışının 2025-ci ilin dekabr ayının sonu - 2026-cı ilin yanvar ayının əvvəlinə qaytarılması barədə sərəncamı Rabitə Nazirliyinə göndərilib.
Qeyd edək ki, “NetBlocks” beynəlxalq monitorinq xidmətinin məlumatına görə, İranda internetə çıxış 86 gündən çoxdur ki, faktiki olaraq yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top