Ronaldonun nadir kolleksiya kartı 1,35 milyon dollara satıldı – Foto


Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldonun nadir 2018-ci il “Panini Kaboom Green” kolleksiya kartı hərracda 1,35 milyon dollara satılıb.
Yeniavaz.com
“Fanatics Collect”ə istinadla xəbər verir ki, bu, həmçinin bütün dövrlər üçün ikinci ən bahalı futbol kartı satışı olub.
Belə ki, Lionel Messinin 2004-cü ildəki “Panini Mega Cracks” kartı 1,5 milyon dollara alıcı tapıb.
Ronaldunun kartı üzrə əvvəlki rekord isə cəmi iki gün əvvəl, mayın 22-də qeydə alınıb. Belə ki, bu vaxt ulduz futbolçunun digər nadir kartı hərracda 420 min dollara satılıb. Bununla da, son satış əvvəlki rekordu üç dəfədən çox üstələyib.
Qeyd edək ki, futbolçunun nadir 2018-ci il “Panini Kaboom Green” kartı onun İtaliyanın “Yuventus” klubunda oynadığı dövrə aiddir.
Xatırladaq ki, dünyada cəmi bir nüsxədə olan bu yaşıl rəngli kart "Professional Sports Authenticator" (PSA) tərəfindən ən yüksək keyfiyyət dərəcəsi (PSA 10 - ideal vəziyyət) ilə qiymətləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top