
“Hyundai Motor” şirkəti ABŞ-də 421 000 avtomobili geri çağırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasına (NHTSA) istinadla məlumat yayıb.
Məlumata görə, geri çağırılma “Santa Cruz” pikaplarını, həmçinin, 2025 və 2026-cı illərdə istehsal olunmuş “Tucson”, “Tucson Hybrid” və “Tucson Plug-In Hybrid Electric” krossoverlərini əhatə edir.
Tənzimləyici orqan bildirib ki, çağırılma ön kameralardakı proqram təminatında yaranan nasazlıqla əlaqədardır. Belə ki, sözügedən nasazlıq əyləcin vaxtından əvvəl aktivləşməsinə səbəb ola bilər ki, bu da qəza riskini artırır.
Agentliyin məlumatına görə, “Hyundai” dilerləri ön kameralar üçün pulsuz proqram təminatı yeniləməsi təqdim edəcəklər.
Tətbiqimizi yükləyə bilərsiniz