Qadınların rəhbər vəzifələrdə çoxluğu rüşvəti azaldır?


Dövlət idarəç
liyində qadınların daha çox təmsil olunduğu ölkələrdə korrupsiya səviyyəsi daha aşağıdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Journal of Economic Behavior & Organization” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Tədqiqatçılar tərəfindən 125-dən çox ölkənin məlumatları əsasında aparılan analizə görə, idarəetmədə qadınların sayı yüksək olan dövlətlərdə rüşvət və korrupsiya halları daha az müşahidə olunur. Eyni tendensiya yerli idarəetmə səviyyəsində də qeydə alınıb: qadınların daha çox olduğu bölgələrdə rüşvət vermə ehtimalı daha aşağıdır.
Alimlər bildirirlər ki, nəticələr qadınların daha az korrupsiyaya meyilli olması anlamına gəlmir, lakin onların qərarverici mövqelərdə artan iştirakı idarəetmədə şəffaflığı gücləndirə bilər.
Tədqiqatçılar həmçinin səbəb-nəticə əlaqəsini dəqiqləşdirmək üçün xüsusi statistik metodlardan istifadə ediblər. Bu yanaşma göstərir ki, əlaqə təkcə təsadüfi uyğunluq deyil və qadınların siyasətdə iştirakı korrupsiyanın azalmasına real təsir göstərə bilər.

DİGƏR XƏBƏRLƏR

Top