İran ABŞ-nin son təklifinə cavabını nəzərdən keçirir


Tehran ABŞ-nin onun son təklifinə cavabını nəzərdən keçirir.
Yeniavaz.com
“Nour News” agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, 14 bənddən ibarət olan İran qətnaməsinin orijinal mətni ilə bağlı bir neçə dəfə mesaj mübadiləsi aparılıb.
“Biz Amerika tərəfinin mövqeyini aldıq və hazırda onu öyrənirik”, - deyə o bildirib.
Agentliyin məlumatına görə, Vaşinqton və Tehran Pakistan vasitəsilə təklif olunan atəşkəs sənədinin mətni ilə bağlı mesaj mübadiləsi aparıblar.
Digər tərəfdən, mayın 18-də “Tasnim” xəbər agentliyi Pakistanın ABŞ-yə münaqişələrin həlli ilə bağlı 14 maddəlik yeni İran təklifini təqdim etdiyini bildirib.
Agentliyin məlumatına görə, mətndə hərbi əməliyyatların dayandırılması və qarşılıqlı etimadın artırılması tədbirləri qeyd olunur.  
Eyni zamanda, “Əl-Cəzirə” telekanalı Pakistan mənbəsinə istinadla bildirib ki, İran rəsmiləri Pakistan vasitəçilərindən Fars körfəzindəki münaqişənin həlli üçün Amerika şərtlərini qiymətləndirmək və öyrənmək üçün əlavə vaxt istəyiblər.
Onun sözlərinə görə, İranın zənginləşdirilmiş uranı Tehran və Vaşinqton arasında dolayı danışıqların qarşısında əsas maneədir.

DİGƏR XƏBƏRLƏR

Top