Ermənistan-Türkiyə komissiyasının ilk iclası keçirildi


İrəvanda Axuryan və Araz çaylarının birgə istifadəsi üzrə Ermənistan-Türkiyə komissiyası ilk iclasını keçirib.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Su Komitəsi məlumat yayıb.
Məlumata görə, sərhəd su ehtiyatlarının idarə olunması üzrə “Sardarapat Tənzimləyicisinin İstismarı” və “Axuryan Su Anbarının İstismarı” birgə daimi komissiyalarının nümayəndələrinin görüşü əvvəlcə iki ölkə arasındakı sərhəddə keçirilib, daha sonra isə “Jrar” QSC-nin inzibati binasında davam etdirilib.
Görüşdə bir sıra mühüm razılaşmaların əldə edildiyi bildirilir.
Görüşlə bağlı ətraflı məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top