
2025/2026 mövsümü üçün Avropa Liqasının ən çox qol vuran oyunçuları açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, Avropa Liqasının ən çox qol vuran oyunçuları “Nottinqem Forest”in hücumçusu İqor Jesus və “Ludoqorets”in yarımmüdafiəçisi Petar Staniç olub. Onlar hərəyə yeddi qol vurublar.
“Betis”dən Entoninin, “Braqa”dan Rodriqo Salazarın, “Fənərbağça”dan isə Kerem Aktürkoğlunun hər birinin altı qolu var.
Qol+məhsuldar ötürmə sisteminə görə, ən yaxşı nəticəni isə 10 xalla (4 qol və 6 məhsuldar ötürmə) “Aston Villa”dan Emiliano Buendiya göstərib.
Qeyd edək ki, 2026-cı il Avropa Liqasının finalında “Aston Villa” “Frayburq”u 3-0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa Liqasının qalibi olub.
Tətbiqimizi yükləyə bilərsiniz