ABŞ lazer silahları ilə təchiz olunmuş iki təyyarədaşıyanı Yaxın Şərqə göndərib


ABŞ Mərkəzi Komandanlığı lazer sistemləri ilə təchiz olunmuş “USS Spruance” və “USS John Finn” gəmilərini Yaxın Şərqə göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The War Zone” qəzeti məlumat yayıb.
Bildirilib ki, “USS Spruance” “Abraham Lincoln” təyyarədaşıyan zərbə qrupunun bir hissəsidir, digər gəmi isə Hind okeanında patrul xidmətini icra edib.
“Bu sistemlərin əsas məqsədi düşmən PUA-larını çaşdırmaqdır. Lazer qurğuları gəmilərin, sualtı qayıqların və təyyarələrin kameralarını və sensorlarını hədəf alaraq onların kəşfiyyat sistemlərini söndürməyə imkan verir”, - nəşr yazır.
ABŞ Hərbi Dəniz Qüvvələrinin sözçüsü bildirib ki, Hərbi Dəniz Qüvvələri doqquz gəmidə oxşar sistemlər quraşdırıb və hazırda onların istifadəsini və sınaqlarını bütün donanmada genişləndirmək üzərində işləyir.

DİGƏR XƏBƏRLƏR

Top