ABŞ-İran danışıqları iyunun əvvəlində baş tuta bilər – “Al-Arabiya”


ABŞ-İran münaqişəsinin həlli üzrə danışıqların növbəti mərhələsi iyunun əvvəlində baş tuta bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Onların məlumatına görə, görüş Həcc mövsümü bitdikdən sonra İslamabadda keçiriləcək.
Mənbələr həmçinin bildiriblər ki, hazırda Vaşinqton və Tehran arasında müqavilənin yekun mətni üzərində iş gedir.
Bu çərçivədə Pakistan ordusunun baş qərargah rəisi Asim Munirin cümə günü müqavilənin yekun versiyasını elan etmək üçün İrana səfər etməsi istisna deyil.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibəyə başlayıblar. Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Aprelin11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparıblar. Lakin bir sıra fikir ayrılıqları səbəbindən tərəflər uzunmüddətli razılaşma barədə razılığa gələ bilməyiblər. Aprelin 21-də ABŞ Prezidenti İranla atəşkəsin uzadılması niyyətini açıqlayıb. O vaxtdan bəri danışıqların yeni mərhələsi baş tutmayıb. Mayın 19-da isə Tramp ABŞ-nin İranla bağlı münaqişədə diplomatiyaya gələn həftənin əvvəlinə qədər şans verməyə hazır olduğunu və hərbi əməliyyatların bərpasını həmin vaxta qədər təxirə saldığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top