
ABŞ Ədliyyə Nazirliyi Daxili Gəlir Xidmətinə (IRS) ABŞ Prezidenti Donald Tramp və onun ailə üzvlərinin son illər ərzindəki vergi bəyannamələrini nəzərdən keçirməsini qadağan edib.
Yeniavaz.com xəbər verir ki, qərar Trampın vergi bəyannamələrinin sızması ilə bağlı IRS-ə qarşı qaldırdığı iddianın həllinin bir hissəsi olaraq qəbul edilib.
İddia ərizəsində Tramp IRS-dən 10 milyard dollar tələb edib.
CNN-in məlumatına görə, Ədliyyə Nazirliyi əvvəlcə yalnız razılaşmanın əvvəlki prezident administrasiyası dövründə qanunsuz təqib olunduğunu iddia edən Tramp tərəfdarlarına kompensasiya ödəmək üçün 1,8 milyard dollarlıq fond yaradacağını açıqlayıb. Trampın özündən rəsmi üzr istəniləcək, lakin heç bir maddi təzminat verilməyəcək.
Tətbiqimizi yükləyə bilərsiniz