
“Çelsi”nin yeni baş məşqçisi Xabi Alonso London klubu üçün “Real Madrid”in hücumçusu Kilian Mbappe ilə maraqlanır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Football365” məlumat yayıb.
Mənbənin məlumatına görə, İngiltərə klubu artıq Mbappenin anası ilə əlaqə saxlayıb və o, həm də onun agentidir.
“Çelsi”nin yeni məşqçisi oyunçu ilə “Stemford Bridc”də yenidən görüşmək üçün səy göstərir.
İspaniyalı mütəxəssisin həmçinin, “Real Madrid”də olduğu müddətdə fransızla yaxşı münasibətlərinin olduğu bildirlir.
Qeyd edək ki, Kilian Mbappe 2024-cü ildə Madrid klubu ilə azad agent kimi müqavilə imzalayıb və müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir.
Bu mövsüm hücumçu “Real Madrid”də bütün turnirlərdə 43 oyun keçirib, 41 qol vurub və 7 məhsuldar ötürmə edib.
Xatırladaq ki, 17 may 2026-cı ildə Xabi Alonso rəsmi olaraq “Çelsi”nin baş məşqçisi təyin edilib.
Tətbiqimizi yükləyə bilərsiniz