
Beşqat “Qızıl top” mükafatçısı Kriştiano Ronaldo Portuqaliyanın 2026-cı il Dünya Kuboku üçün yekun heyətinə daxil edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə milli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Ronaldo beş Dünya Kubokunda oynamış iki aktiv oyunçudan biridir. Digəri isə səkkizqat “Qızıl top” mükafatçısı, Argentina millisinin oyunçusu Lionel Messidir. Meksikalı Antonio Karbaxal və Rafael Markes, eləcə də Almaniyalı Lotar Matteus da beş Dünya Kubokunda oynayıblar. Ronaldo və Messi altı Dünya Kubokunda oynayan ilk oyunçular ola bilərlər.
Tətbiqimizi yükləyə bilərsiniz