
İlon Mask “OpenAI”ın baş direktoru Sem Altmana qarşı iddiasını rədd edən Kaliforniyanın Oklend şəhərindəki ABŞ Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
“Xeyriyyə təşkilatlarının talan edilməsi üçün presedent yaratmaq Amerikada xeyriyyəçilik üçün dağıdıcı olduğu üçün Doqquzuncu Dairə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verəcəyəm”, - məlumatda deyilib.
2024-cü ildə Mask, məşhur “ChatGPT” çatbotunun yaradıcısı olan “OpenAI”ı məhkəməyə verərək, şirkətin rəhbərliyini, onun fikrincə, qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərmək kimi ilkin missiyasından imtina etməkdə ittiham edib.
Tətbiqimizi yükləyə bilərsiniz