
Ermənistan İstintaq Komitəsi (İK) rusiyalı iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” blokunun yeddi tərəfdarına qarşı Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyasının seçki kampaniyasını pozmağa cəhd etdiklərinə görə məhkəməyəqədər həbs qətimkan tədbirinin tətbiq olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İstintaq Komitəsinin xüsusi nümayəndəsi Kima Avdalyan bildirib.
Altı nəfər həbsdə saxlanılıb, bir nəfər ev dustaqlığına buraxılıb. Daha üç nəfərin məhkəmə iclasları hələ baş tutmayıb.
Qeyd edək ki, mayın 17-də Ermənistanın İstintaq Komitəsi Noraşen və Metsavan kəndlərində “Vətəndaş Müqaviləsi” partiyasının seçki kampaniyasını pozmaq cəhdi ilə bağlı “Güclü Ermənistan” blokunun 10 tərəfdarının həbs olunduğunu bildirib.
Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seşkilərdə 19 siyasi qüvvə Ermənistan Mərkəzi Seçki Komissiyasına ərizə təqdim edib. Siyahıya əsasən, seçkilərdə 17 partiya və iki partiya bloku iştirak edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz