Andrea Maldera Ukraynanın baş məşqçisi oldu


İtaliyalı Andrea Maldera Ukrayna milli futbol komandasının baş məşqçisi təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumaya görə, mütəxəssislə müqavilə iki illikdir.
Qeyd edək ki, 54 yaşlı Maldera 2016-cı ildən 2021-ci ilə qədər Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenkonun məşqçilər heyətinə daxil olub.
Karyerası ərzində o, həmçinin “Milan” (İtaliya), “Brayton” (İngiltərə) və “Marsel” (Fransa) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib.
Ukrayna millisi italyan mütəxəssisin baş məşqçi kimi fəaliyyət göstərdiyi ilk komanda olacaq. O, həmçinin bu vəzifəni tutan ilk xarici olacaq.
Xatırladaq ki, aprel ayında Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi vəzifəsindən istefa verib. O, komandaya 2023-cü ilin iyun ayından bəri rəhbərlik edirb. Onun rəhbərliyi altında komanda 2024-cü il Avropa Çempionatına vəsiqə qazanıb və qrupda sonuncu yerdə qərarlaşıb. 2026-cı il Dünya Kubokunun seçmə mərhələsində Ukrayna öz qrupunda ikinci yeri tutaraq pley-offa yüksəlib, lakin yarımfinalda İsveçə 3-0 hesabı ilə məğlub olub.

DİGƏR XƏBƏRLƏR

Top