
ABŞ Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə respublikaçı senator Lindsi Qrehem “NBC News” telekanalına bildirib.
Onun sözlərinə görə, müzakirə edilən məsələlərdən biri də Rusiya neftini alan ölkələrə qarşı tariflərdir.
“Rusiyaya gəldikdə, biz Konqresin prezidentə sanksiya və tarif tətbiq etməyə imkan verən sanksiyaları qəbul etməsinə çox yaxınıq. Ucuz Rusiya nefti alan istənilən ölkə tariflərə məruz qala bilər”, - deyə o, qeyd edib.
Qrehem həmçinin qeyd edib ki, ABŞ əvvəllər Yeni Dehlinin Moskva ilə ticarət əlaqələrinə görə Hindistana qarşı tariflər tətbiq edib. O, oxşar yanaşmanın Çin üçün də nəzərdən keçirilməli olduğunu bildirib.
“ABŞ Prezidenti Donald Tramp Rusiya neftini aldığı üçün Hindistana 25 faizlik tarif tətbiq edib. Çinin öz hərəkətlərinə görə məsuliyyət daşımalı olduğu vaxt da gələcək”, - deyə siyasətçi qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz