
“Britaniya Baş naziri Kir Starmer istefa vermək niyyəti barədə ən yaxın ətrafına məlumat verib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Mail” mənbələrə istinadən məlumat yayıb.
“O, mövcud xaosun davamlı olmadığını başa düşür. Sadəcə bunu ləyaqətlə və öz yolu ilə etmək istəyir. O, bir cədvəl tərtib edəcək”, - qəzet mənbəyə istinadən bildirib.
Başqa bir mənbəyə görə, Starmer heç bir risk etmək istəmir, çünki əlavə seçkilərdə mümkün məğlubiyyət çox böyük rüsvayçılıq demək olardı.
Qeyd edək ki, mayın 7-i keçirilən yerli hökumət seçkilərindən sonra Böyük Britaniyada siyasi böhran baş verdi. Nəticədə, Leyboristlər Partiyası ilk dəfə Uels Parlamentinə nəzarəti itirdi. Leyboristlər İngiltərədəki müxtəlif qanunvericilik orqanlarında əvvəlkindən 1400 az yer qazandılar. Starmer seçkilərdəki uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürdü, lakin Leyboristlər Partiyasının lideri və baş nazir vəzifəsindən istefa verməkdən imtina etdi.
Tətbiqimizi yükləyə bilərsiniz