
ABŞ-nin İrandakı əməliyyatı 70-75% başa çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Prezident təyyarəsində jurnalistlərə bildirib.
O, qeyd edib ki, buna görə də, ABŞ geri qayıdacaq və əməliyyatı başa çatdıracaq.
“Yəqin ki, işlərin 70-75%-i bitib. Hələ hər şeyi bitirməmişik. Geri qayıdacağıq və hər şeyi bitirəcəyik”, - Tramp qeyd edib.
Digər tərəfdən, Tramp ABŞ-nin İranın hərbi potensialını məhv edərək, tam qələbə qazandığını bildirib.
“Biz tam hərbi qələbə qazandıq. Biz onların bütün donanmasını, hava qüvvələrini, hava hücumundan müdafiə sistemlərini, liderlərini məhv etdik”, - Tramp əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz