
İsrail ordusu Livanın cənubundakı döyüş zonasında daha bir itki verib.
Yeniavaz.com “The Times of Israel” qəzetinə istinadla xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Qolani” Piyada Briqadasının 20 yaşlı baş çavuşu Neqev Daqan döyüş zonasında həlak olub.
Mətbuat xidmətinin məlumatına görə, o, “Hizbullah” təşkilatının silahlı bölmələrinin minaatan atəşi nəticəsində öldürülüb.
Tətbiqimizi yükləyə bilərsiniz