
ABŞ rəsmiləri İranın münaqişənin mümkün həlli üçün 14 maddəlik planını rədd ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ xüsusilə İranın nüvə proqramı məsələsində təzyiq siyasətinə sadiq qalıb.
Agentliyin məlumatına görə, İranın təklifi iki mərhələli danışıqlar prosesinə əsaslanır. Birinci mərhələ hərbi əməliyyatlara son qoyulmasını nəzərdə tutur. İkinci mərhələ, Tehranın şərtləri yerinə yetirilərsə, nüvə danışıqlarının başlanmasını əhatə edir.
Digər tərəfdən, mayın 12-də “Fars” xəbər agentliyi İranın danışıqların bərpası üçün ABŞ-yə beş şərt irəli sürdüyünü bildirib. Bu şərtlərə bütün cəbhələrdə, xüsusən də Livanda müharibəyə son qoyulması, İrana qarşı sanksiyaların ləğv edilməsi, İran vəsaitlərinin blokdan çıxarılması, müharibənin vurduğu zərərin kompensasiya edilməsi və İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınması daxildir.
Tətbiqimizi yükləyə bilərsiniz